İranın Milandakı konsulluğunun lövhəsi SÖKÜLDÜ

12:10 11.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliyada yaşayan iranlılar ölkələrinin Milandakı konsulluğunun lövhəsini sökərək yerinə İslam inqilabından (1979-cu il -Qeyd) əvvəlki, üzərində "Aslan və Günəş" simvolu olan bayrağı qaldırıblar.

Hafta.az xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.

Yanvarın 10-da baş verən hadisənin iştirakçıları bununla İrandakı etirazlara həmrəylik nümayiş etdiriblər.

Qeyd edək ki, həmin gün Londonda etirazçılardan biri səfirliyin binası üzərindəki İran bayrağını endirib.